Bülbülədə evdə silah aşkarlandı – ƏMƏLİYYAT

 
Bakının Suraxanı rayonunda silah-sursat aşkar olunması ilə bağlı əməliyyat keçirilib.
 
Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov saxlanılıb.
 
Rəşad Hüseynovun evinə baxış zamanı oradan qundağı kəsilmiş və nömrəsi silinmiş “AKM” silahı və 18 ədəd avtomat patronu aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.