​Bu yol yenidən qurulur

Baxış sayı: 
116

Qazaxın məşhur Damcılı bulağına gedən yol əsaslı şəkildə yenidən qurulur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, yolun yenidən qurulması “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı" filialına turistlərin rahat gediş-gəlişini təmin etmək məqsədi daşıyır. Yolun abadlaşdırılması üçün kifayət qədər texnika ayrılıb.
Eyni zamanda, yolun kənarlarına yaşıllıq zolağının salınması məqsədilə çoxlu sayda Eldar şamı əkilib. Ağacların suvarılması üçün yeni su xətti də çəkilib.

Загрузка...
Загрузка...