“Bu, xəbərdarlıq deyil, bu, artıq hücumdur” - SOS

 
 
Sülhəddin Əkbər: “Bu, İŞİD-in növbəti, başqa müstəvilərdəki hücumun başlanğıcıdır”
 
Xəbər verdiyimiz kimi, İŞİD-ə bağlılığını iddia edən haker qrupu Azərbaycanda bəzi saytlara hücum edib, həmin saytlarda müəyyən cümlə və kadrlar yerləşdirib. Maraqlıdır, İŞİD-in bu həmləsi növbəti hücumların başlanğıcı ola bilərmi?
 
Məsələ ilə bağlı Politika.Az-a açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Azərbaycanın növbəti hücumlara hazır olması gərkdiyini vurğuladı:
 
“NATO son sammitində kiber sahəni, yəni hiber sahəni döyüş sahəsi elan etdi. Bu o deməkdir ki, bir ölkənin kiber sahəsinə hücum onun quru sahəsinə hücum kimi dəyərləndirilir. Yəni kiber hücumun quru, dəniz və ya hava sektoruna hücumdan heç bir fərqi yoxdur. Bu baxımdan kiber hücumu ölkəyə olan hücum kimi qiymələndirmək lazımdır. Əgər masir döyüş konseptinə əsasən bu bir hücum sayılırsa, artıq Azərbaycan dövləti də burdan lazımi nəticələr çıxartmalıdır. Bu artıq xəbərdarlıq deyil, müharibənin başlaması deməkdir. Bunun ardınca digər müstəvilərdə də hücumları gözləmək lazımdır. Növbəti hücumlar quruda da, suda da, havada da ola bilər”.