Bu tərəvəz bədəni zəhərdən təmizləyir, immuniteti gücləndirir

 
Mütəxəssislər noxudun yeni faydasını üzə çıxarıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, noxudun bədəni toksinlərdən təmizlədiyi açıqlanıb. Alimlər bildirib ki, noxud xərçəng başda olmaqla, bir çox xəstəliyin yaranmasının qarşısını alır.
Ürəyi qoruyur
 
 
Noxud ürək və damar sağlamlığını qoruyur, qanda şəkərin miqdarını normaya salır. Odur ki, noxud şəkər xəstələrinə daha çox tövsiyə olunur.
Zəhəri bədəndən xaric edir
 
 
Siqaretin yaratdığı toksinləri, eləcə də ətraf mühitin çirkləndirilməsindən yaranan zəhəri noxud orqanizmdən xaric edir. Orqanizmdə xərçəng xəstəliyinə səbəb olan komponentlərin təsirini aradan qaldırır.
İmmunitet sistemini gücləndirir
 
Ürək bulanması, baş gicəllənməsi və baş ağrısı problemlərini aradan qaldırır. Tərkibindəki amin turşuları sayəsində yuxu rejimini qaydasına salır. Bədənin immun sistemini gücləndirib xəstəliklərə yoluxma riskini azaldır.
Depressiyadan qoruyur
 
 
Tərkibindəki bol miqdarda fosfor sümük və dişləri gücləndirir, eyni zamanda xoşbəxtlik hormonu – serotoninə də təsir edir. Beləliklə, depressiyanın inkişaf etməsinə mane olur.

Загрузка...
Загрузка...