Bu toyuq əti kişiləri qadına çevirir... - FOTOLAR

 
Çin hökuməti ölkədə bütün toyuq məhsullarının istehsalını dayandırıb.
 
ATV.az-ın məlumatına görə, buna səbəb son günlər ölkədə sürətlə artan “böyük sinə sindorumu”dur. Yerli mənbələr yazır ki, toyuğun tərkibindəki maddə kişilərdə hormonların dəyişməsinə səbəb olur. Bu da onların sinə nahiyyəsinin sürətlə böyüməsi ilə nəticələnir. Bildirilir ki, məsələ ilə bağlı güclü cinsin onlarla nümayəndəsi həkimə müraciət edib. Məlum olub ki, hormon dəyişikliyinə səbəb olan maddə yalnız toyuq məhsullarının tərkibində var.
 
Ölkədə ciddi rezonans doğuran hadisəylə bağlı hüquq-mühafizə orqanları geniş araşdırmaya başlayıb. Rəsmi dairələr açıq şəkildə bəyan edib ki, toyuq məhsullarının istehsalı zamanı qaydalara riayət etməyən şirkət sahibləri edam ediləcək.
 
Qeyd edək ki, bütün dünyada olduğu kimi Çində də hormonlu və antibiotikli toyuq məhsulları istehsal edilir. Toyuğun daha tez böyüməsi üçün onlara hormon və antibiotiklər verilir. Nəticədə toyuqlar cəmi iki ay ərzində normaldan 4-5 dəfə sürətlə böyüyür.
Anar Türkeş / ATV.az