​Bu telefonlarda “WhatsApp” işləməyəcək

 
Androidlərin köhnə versiyaları “WhatsApp” ı dəstəkləməyəcək.
 
Turaninfo.Az Lent.az-a istinadən xəbər verir ki, sosial media nəhəngi olan “Facebook”un sahibi olduğu “WhatsApp” artıq “iOS6”, “Windows Phone 7”, “Android 2.1” və “Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.
 
Yenilənmiş “WhatsApp” həmin versiyalı telefonlara uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan “WhatsApp”a daxil olmaq mümkün olmayacaq.
 
Bundan başqa 2017-ci ilin ortalarınadək “BBOS” və “BlackBerry 10” proqram təminatlı cihazlarından “WhatsApp”a giriş mümkün olmayacaq.

Загрузка...
Загрузка...