​Bu taksilərin fəaliyyətinə son qoyulur – Video

 
Bakıda hələ də standartlara cavab verməyən avtomobillər taksi kimi fəaliyyət göstərir. Ancaq oktyabrın sonundan etibarən buraxılış ili 10 ildən yuxarı olan avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək.
 
Axar.az xəbər verir ki, qanunun tətbiqi köhnə avtomobil idarə edən sürücüləri o qədər də narahat etmir.
 
“Təzəsi də var, köhnəsi də. Biz heç kimi məcbur etmirik ki, gəl bizim maşına min. Təzəyə minmək istəyən təzəyə minər, istəməyən bizim masına minər”, - taksi sürücüsü Xəzər xəbər-in suallarını cavablandırarkən deyib.
 
Bakı nəqliyyat agentliyi oktyabrın sonundan yeni qaydaların tətbiqinə başlanılacağını bildirib.