Bu ştat ABŞ-dan ayrılır

 
Kaliforniya ştatının ABŞ-dan ayrılması üçün referendum təşkil etməyi planlaşdırırıq.
 
Axar.az xəbər verir ki, bunu “Yes Kaliforniya” hərəkatının lideri Luis Marinelli  Rusiyanın paytaxtı Moskvada təşkil olunan “Millətlərin dialoqu. Öz müqəddəratını təyinetmə hüququ və çoxqütblü dünyanın inşası” adlı II beynəlxalq konfransından sonra jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, ştat sakinləri bu məsələyə olduqca müsbət yanaşır:
 
“Kampaniyamız “ABŞ-ın xarici siyasəti olmadan da yaşaya bilərik” açıqlamasından sonra başladılmışdı. Müstəqil ölkə ola bilərik. ABŞ-ın təcavüzkar siyasətinə qatılmaq əvəzinə müdafiə xərclərini azaldıb, əhalinin rifah şəraitini yüksəltmək istəyirik”.
 
Qeyd edək ki, Marinelli referenduma görə Rusiyanın dəstəyinə güvəndiyini də açıqlayıb.