“Bu şirkətdə erməni işləyə bilməz” deyənə - Erməni tələsi

“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İqtisadi təhlükəsizlik xidməti milyarder Mübariz Mənsimova məxsus “Palmali” şirkətinin Türkiyə gəmiçiliyi qrupunun Rusiya bölməsi barəsində yoxlamalara başlayıb”.
 
Bu tip xəbərlər sürətlə yayıldı. Mənbə RT-dir.
 
Rusiya onsuz da gözünə pis görünəni gözdən salmaqda peşəkardır. Elə qeyri-rus və qeyri-xristian olanları da. Rusiya onların necə nəfəs almaqlarını, necə yerimələrini addımbaaddım izləyir. Müsəlman milyarderin pulunu saymazdan öncə onlar üçün münbit şərait yaradır. Nə olursa, sonradan olur...
 
Elə bu günlərdə Rusiya Federasiya Şurasının üzvü, Dağıstanda anadan olmuş ləzgi milyarder Süleyman Kərimovun Fransanın Nitsa şəhərində saxlanılmasından sonra Rusiya Liberal Demokrat Partiyasının lideri, deputat Vladimir Jirnovskinin açıqlaması da dediklərimizə əyani sübut: “Kərimovun və digər oliqarxların pulu Rusiyanın yollarına və digər təyinatlara yönəldilməli idi”. Yəni qazandıqları, topladıqları bəsdir, indi isə təpəsindən vurub əlindən almaq gərəkdir.
 
Rusiya özününkü olmayanların pulunun çoxluğuna dözə bilmir. Ortada Telman İsmayılov faktoru da var. Elə neft maqnatı Vahid Ələkbərovun da başı az ağrımayıb, baxmayaraq ki, biznes ortaqları Rusiyanın söz və hökm sahibləridir.
 
İndi də İstanbulda yaşayan, böyük bir gəmiçilik şirkətinin sahibi Mübariz Mənsimovu qaralayıblar. Bacarığı, savadı və işgüzarlığı hesabına yaratdığı böyük bir şirkətin “yelkənini qırıb”, lövbərini qaldırıb, oturtmaq istəyirlər. İndi də onun pullarını sayırlar. Acınacaqlısı odur ki, böyük bir imperiyanın çöküşündə milyarderin həmyerliləri olan insanlar da maraqlı tərəf kimi görünür. Söhbət bəzi KİV-in bu məsələyə daha qabarıq münasibətindən gedir.
 
Bəlkə də bəzi KİV-lər ancaq xəbər naminə tirajlayırlar belə informasiyanı və fərqinə varmırlar ki, informasiya manipulyasiyasındadırlar. Hər halda görüntü budur ki, onlar Rusiya mediasının “ayağında” sürünürlər – bilərəkdən, ya da bilməyərəkdən.
 
Bəs bu sifariş xarakterli yazışmalar nələri gündəmə gətirir?
 
Mətbuatında gedən yazılardan məlum olur ki, “Palmali” gəmiçilik şirkəti 1 milyard rubldan çox məbləğində vergini ödəməyib.
 
M.Mənsimova qarşı aparılan qara piar kampaniyasında bildirilir ki, hesabatlara su nəqliyyatı ilə yüklərin daşınmasından alınan gəlir haqqında yanlış məlumatlar daxil edib. Bu səbəbdən də şirkət büdcəyə 2010-cu il ərzində qanunla müəyyən edilmiş müddətdə 881 milyon rubldan çox, 2011-ci il ərzində isə 401 milyon rubldan çox gəlir vergisi ödəməyib.
 
Bu informasiyalara şirkət sahibinin cavabı özünü heç də ləngitmədi. M.Mənsimov bütün bunların sifariş olduğunu bildirməklə yanaşı, fikir, əqidə, məslək oğrularına ironik şəkildə uğurlar arzuladı. Həm də bildirdi ki, sifarişlərin haradan qaynaqlandığı da ona məlumdur. Məlum olmaya bilərmi?
 
Heç kəsə sirr deyil ki, “Palmali” Şirkətlər qrupunun sahibinin məhz azərbaycanlı olması, bu azərbaycanlının Rusiya neftinin, az qala, 70 faizdən çoxunun daşınmasını gerçəkləşdirən bir biznes şəbəkəsinə rəhbərlik etməsi çoxlarının ürəyincə deyil. Ortada hansısa həsəd, yaxud paxıllıq hissinin olması da xırda və gülünc səbəb ola bilər. Söhbət daha böyük mətləblərdən gedir, ardında daha böyük maraqlar boy verir. Niyə məhz yoxlamalar Rusiyada başladı? Axı “Palmali”nin dünyanın bir çox yerlərində nümayəndəlikləri mövcuddur.
 
Təsadüfi deyil ki, “Palmali” Şirkətlər qrupunun İstanbulda oturan rəhbərliyinin əksəriyyəti də rusiyalı mütəxəssislərdir. Dənizdən və dənizçilikdən çox uzaq bir bölgə olan Omsk şəhərindən olan mütəxəssislər gəmiçilikdə söz və səlahiyyət sahibləridir. Əslən Azərbaycandan olan köhnə dənizçilər onları elə belə də adlandırırlar: “Omsk qruplaşması”.
 
Bundan əlavə, şirkətdə bakılı ruslar və milliyyətcə azərbaycanlı olmayan digər Azərbaycan vətəndaşları da şirkətin gözdən salınması üçün bacardıqlarını edirlər. Şirkət sahibinin onlara olan etimadından sui-istifadə edənlər, “şirkət maliyyə böhranı içərisindədir, dənizçilərin maaşı verilmir, təchizat son dərəcə zəifdir” deyərək, şirkətə üz tutan azərbaycanlı dənizçilərin istiqamətini bilərəkdən başqa səmtə yönəldirlər. Əvəzində Rusiyadan, Ukraynadan, eləcə də digər slavyan ölkələrindən olan işçilər “Palmali” gəmilərində yerləşdirilir.
 
Əlbəttə, bu heç də o demək deyil ki, orda azərbaycanlı mütəxəssislər azdır. “Palmali”nin Azərbaycan təmsilçiliyi şirkəti bacardıqca təcrübəli dənizçilərlə təmin edir. Amma gedənlərin rus qruplaşması ilə əlbir-dilbir olmaları haqda da faktlar yetərincədir.

 
“Palmali” gəmilərində işləyən təcrübəli azərbaycanlı dənizçilərin ürək ağrısı ilə danışdıqları faktlar da son vaxtların xəbərlərinin bilərəkdən yayılması haqda şübhələrə yol açır. “Vergidən yayınan” bir şirkətin maliyyə böhranı içərisində çabalaması da həqiqətə uyğun gəlməz.
 
İkinci bir tərəfdən, niyə məhz “Palmali”nin Rostovdakı nümayəndəliyində bu yoxlamalara rəvac verildiyi də narahatlıq gətirən səbəblərdəndir. “Mənim şirkətimdə hətta 3-cü nəsli erməni olan işləyə bilməz” deyən bir insana zərbə vurulmalı idi. Məsələ ondadır ki, Rusiyada ən aktiv olan erməni diasporu məhz Rostovda yerləşir. Bu diaspor özünə düşmən bildiyi bir millətin övladına hansı yolla olur-olsun, xətər yetirməli idi.
 
Gəmiçiliyin söz sahibi olan Yuri Mixayiloviç Qusev və Yuri Mixayiloviç Androssov cütlüyünün də “Palmali” gəmilərinə iqtisadi zərbə vurduğu haqda söz-söhbət dolaşmaqdadır. Gəmilərə lazım oldu-olmadı ehtiyat hissələrinin alınması üçün kapitan və baş mexaniklərə təzyiq göstərən bu cütlük həm də əlaltılarının hesabına qənaət edilmiş yanacaqların satılmasına da rəhbərlik edir. Bu qənaət etmənin müxtəlif üsulları var ki, bunu kim də bilməsə, Mübariz Mənsimov özü daha yaxşı bilir.
 
Nəticədə gəmilərin dizel mühərriklərinin tez sıradan çıxarılması səbəbindən təmir üçün xərclənən vəsait və oğurlanan yanacaq “Palmali”yə hər il milyonlarla dollar zərər verir.

Загрузка...
Загрузка...