​"Bu sanskiyaların xərcini sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər çəkəcək"

 
 
Gələn il yalnız sahibkarla və ayrıca fərdlərə tətbiq olunan maliyyə sanksiyaları 280 milyon manat olacaq, bu məbləğə cərimələr daxil deyil, onu da nəzərə alsaq cərimə və sanskiaya büdcəsi 400 milyon manatı ötəcək.
 
İnzibati xətalar, maliyyə sanksiyaları nəticəsəində daxilolmaların bir hissəsinin xərclənməsi təyinatı Azərbaycan prezidentinin 1 may 2017-ci ildə imzaladığı fərmanına görə, əsas cərimə yazan təşkilat Dövlət Yol Polisinin topladığı vəsaitin 95 faizi isə yol hərəkəti təhlükəsizliyini təmin etmək və yol -patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyinin hesabına, 5 faizi isə Prezident Adminstrasiyasına köçürülür. Bu isə o deməkdir ki, sürücülərin və piyadaların ödədiyi cərimələrdən dövlət büdcəsinə bir qəpik də vəsait daxil olmur. Fərmanla eyni zamanda vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləği qardaş malı kimi vergi orqanları ilə büdcə arsında bərabər bölünür. Sadəcə vergi orqanlarına çatan 50 faizin 5 faizi Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə yenə Prezidentinin Administrasiyasının hesabına köçürülür. Bundan əvvəlki yazımda qeyd etmişdim ki, növbəti ilin büdcəsində maliyyə sanskiayaları 140 milyon manat proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, 2018-ci ildə vergi orqanları və digər dövlət təşkilatları tərəfindən 280 milyon manatlıq sanksiya tətbiq etməlidir ki, onun da 50 faizi yəni 140 milyonu büdcəyə çatsın. Bu sanskiyaların xərcini isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər çəkəcək.
Prezident aparatının cərimə və sanskiyalardan pay götürən üçüncü tərəf olaraq bu prosesdə iştirakına gəlincə, bunları bildirmək istərdim.
İqtisadi mahiyyətinə görə, bütün növ cərimə və sanksiyalar 2 təyinat üzrə istifadə oluna bilər. Bu cərimə daha çox dövlət büdcəsinə yönəldilməklə xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanları və büdcə arasında bölüşdürülə bilər. Çünki cərimələr də digər məcburi ödəniş olaraq ikili funksiya daşıyır. Fiskal və həvəsləndirmə. Fiskal funksiyaya görə onu büdcəyə köçürməli,
həvəsləndirmə və ya stimulladırma funksiyasına görə onun bir hissəsi hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarına yönəldilməlidir. Burda üçüncü tərəfin iştirakı nəzərdə tutulmur. Cərimələrin Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi istifadə olunması Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununa və Büdcə təsnifatı haqqında Nazirlər Kabinetinin qərarına ziddir. Görünür ki, bu qərar Prezident Aparatında aparılan son struktur dəyişikliklərindən sonra orda çalışan qulluqçuların əmək haqqlarının artırılması zamanı maliyyə mənbəyi olmaması səbəbindən verilib. Hesab edirəm ki, yanlışdır. Həmin vəsaitlər dövlət büdcəsinə toplanmalı və ordan mərkəzləşdirilmiş qaydada bölüşdürülməlidir. Yalnız bu halda Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidməti büdcə vəsaiti kimi ondan pay götürə bilər.
 
Qubad İbadoğlu, tanınmış iqtisadçı alim

Загрузка...
Загрузка...