“Bu, sadəcə Bərzaninin deyil, onun böyüklərinin belə boyunu aşan layihədir”

Mirmahmud Mirəlioğlu: “Sözügedən layihənin əsl müəllifləri ABŞ və Avropadır”
 
 
Məlum olduğu kimi, Kürd Muxtar Vilayətinə məxsus televiziya kanalında Naxçıvanla bağlı ərazi iddiası irəli sürülüb.
 
Maraqlıdır, Azərbaycan baş verənlərlə bağlı mövqe ortaya qoymalıdırmı? Referendumdan sonra Kürd Muxtar Vilayəti müstəqilik əldə edərsə, bu iddialar daha da kəskinləşə bilərmi?
 
Moderator.az -a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu baş verənlərin arxasında kifayət qədər ciddi güc və maraqların dayandığına diqqət çəkdi:
 
“Bu, qarşı tərəfdən qabaqlayıcı bir addımdır. Bununla demək istəyirlər ki, siz səsinizi çıxartsanız, biz bunları deyəcəyik.
 
Bəllidir ki, keçiriləcək referendumla bağlı ilk mövqeyi Türkiyə və Azərbaycan tərəfi açıqlamalı idi. Azərbaycan tərəfindən hələ də rəsmi dövlət mövqeyi yoxdur. Türkiyə tərəfi isə öz mövqeyini ortaya qoyub.
 
Bu, Bərzaninin, hətta onun böyüklərinin boyunu aşan bir projedir. Bu, Orta Doğu layihəsidir və bu layihənin də müəllifləri bəllidir. Bu layihənin müəllifləri Avropa və ABŞ-dır. Bu, uzun illərin layihəsidir.
 
Təbii ki, bu məsələ müsbət həllini tapmayacaq. Baxmayaraq ki, bu referendumu keçirə də, keçirməyə də bilərlər. Dünyada bu cür proseslər var və dünyanı idarə edən güclər buna “yox” demək istəmir. Çünki həmin güclər islam və türk dünyasının əleyhinədir. Kürdüstanı elə bir formada təşkil etmək istəyirlər ki, türklər bölünsün. Türk dövlətlərinə məxsus torpaqlar ələ keçirilsin.
 
Hesab edirəm ki, Azərbaycan bu məsələyə münasibət bildirməlidir”.

Загрузка...
Загрузка...