​Bu qız saçları ilə görənləri heyran edir - anası xoşbəxdir - FOTO

 
ABŞ-ın Şimali Carolina ştatında qeyri-adi uşaq dünyaya gəlib.
 
Turaninfo.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kiçik Milianna başında ağ türklərlə anadan olub.
 
Milliannanın anası, nənəsi və ulu  nənəsi eyni genetik xüsusiyyətlə doğulub. İndi 18 aylıq olan Millianna buruq və qara-ağ saçları ilə möhtəşəm görünür.
 
Ağ saçın əmələ gəlmə səbəbi həkimlər tərəfindən  poliozis adı verilən xəstəliklə əlaqələndirilir. Bu xəstəlik, saçdakı və dəridəki rəng pigmentlerini azaldaraq ağ saçların yaranmasına səbəb olur.
 
Milliannanın digər bacısın saçları tamamilə qaradır. Ana Brianna isə qızının başındakı ağ tüklərdən heç də narahat deyil. O Milliannanın başında  ağ tükləri görəndə çox sevindiyini deyib.