“Bu, Qarabağda gec-tez baş verəcək” - Moskvanın planı erməniləri ŞOKA SALDI

 
Bu günlərdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın Səsi" radiosunun Azərbaycan və erməni dili versiyalarına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışdı.
Onun sözlərinə görə, hazırki çətin şəriatdə təmas xəttinin tam demilitarizasiyasından danışmaq çətindir.
"İki silahlı tərəf bir-biri ilə qarşı-qarşıyadırsa, hərbi toqquşma ehtimalı həmişə var. Buna görə ilk növbədə təmas xəttindən snayperləri çıxarmaq, müşahidəçilərin sayını artırmaq və ərazidə xüsusi avadanlıq yerləşdirmək lazımdır" - deyə o, bildirib.
Hoqland Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çərçivə sənədinin olduğunu deyib, lakin tam kompromisin əldə olunması üçün çox iş görülməli olduğunu əlavə edib.
Amerikalı həmsədrin müsahibəsini Kremlə yaxın ekspertlər dairəsinin fikirləri izlədi. Rusiyalı politoloq və tarixçi Stanislav Tarasovun fikirləri isə İrəvanda xoş qarşılanmadı. Onun sözlərinə görə, Moskva Rusiya-Azərbaycan-Dağlıq Qarabağ formatında danışıqlara başlamalıdır.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarkis Artsruni Vaşinqton və Moskvadan verilən bəyanatları “soyuq müharibə”nin nəticəsi hesab edir.
Onun sözlərinə görə, Rusiya-Amerika “soyuq müharibə”sinin soyuq küləkləri gec-tez Dağlıq Qarabağa qədər çatacaq.
“Ola bilər, Moskvada hesab edirlər ki, münaqişənin nizama salınması prosesi məsələsində Ermənistanın mövqeləri Amerikanın kursuna yaxındır”, - erməni şərhçi deyib.
Sarkis Artsruni bildirir ki, Moskva Ermənistanın xarici siyasəti üzərində ümumi nəzarətin qurulması məqsədi ilə Vaşinqtonun ehtimal edilən fəallığının qarşısını almağa çalışır:
“Bu versiya nə qədər realdır, artıq bir ay sonra - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra verilən bəyanatlardan məlum olacaq”,

Загрузка...
Загрузка...