"Bu, Putinlə təhlükəli oyundur, razılaşmaq olmaz"

 
Rusiya heç vaxt Krımın zəbt edilməsini leqallaşdıra bilməyəcək, çünki Qərbdə sağlam düşüncəli siyasətçilər var və onlar buna imkan verməyəcəklər.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı jurnalist Ayder Mujdabaev çıxış edib.
 
"Mən hesab edirəm ki, Putinin Krımla ticarət etmək üçün heç bir şansı yoxdur. ABŞ və Avropada uzaqgörən siyasətçilər var, anlayırlar ki, Krımı ona heç bir halda vermək olmaz. Bu, onunla təhlükəli oyundur, heç vaxt razılaşmaq olmaz. Putinin hədəfləri çox aşkardır və Minsk razılaşmasını dayandıra bilməz", - Mujdabaev qeyd edib.