​Bu, onun son avtoqrafı oldu - TƏSİRLİ FOTO

 
Dünən İstanbulun mərkəzində baş verən terror aktının qurbanlarından biri Tunç Uncu bu gün “Beşiktaş” futbol klubunun üzvlərinin də qatıldığı dəfn mərasimiylə torpağa tapşırıldı.
Publika.az xəbər verir ki, Tunç 10 gün əvvəl “Qartal yuvası”nda keçirilən imza mərasimində “Beşiktaş”ın futbolçusu Caner Erkindən avtoqraf almış və həmin fotonu sosial şəbəkədə paylaşmışdı. Ən təsirli məqam isə odur ki, bu, onun həyatında sonuncu avtoqraf olub.
 
 
 
 
Şəhidin dəfn mərasimində iştirak edən Caner həmin fotonu paylaşaraq altına bu sözləri yazıb:
“Gülüşlər yavaş-yavaş solur. Məkanın cənnət olsun Tunç qardaş. Başımız sağ olsun”.
Tunç Uncunun tabutu “Beşiktaş” bayrağıyla məzara qoyulub.

Загрузка...
Загрузка...