"Bu ölkələrdəki hakimiyyətlər vəziyyətə tam nəzarət edə bilmir"

"Rusiya demək istəyir ki, mən də bildiyimi edərəm...”
 
 
Rusiya Dövlət Duması beynəlxalq aləmdə birmənalı qarşılanmayan yeniqanun layihəsinə imza atıb. Yeni qanuna görə, əgər Rusiya ilə bağlı hər hansı qonşu dövlətin ərazisində təhlükə meydana gələrsə, o zaman rus ordusu həmin dövlətin 40km dərinliyinə qədər irəliləmək və orada bufer ərazi yaratmaq hüququna malik olacaq.
 
Dövlət Dumasının bu qərarını Moderator.az-a açıqlamasında şərh edən ADP sədri Sərdar Cəlaloğlu bu qanunun beynəlxalq hüquqa zidd olduğuna diqqət çəkdi:
 
“Bu qanun beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüquqda ərazilərin toxunulmazlığı prinsipi mövcuddur. Rusiya bu cür qanun qəbul etməklə beynəlxalq hüquqa zidd addım atıb. Bu, presedent olaraq Türkiyənin İraq və Suriyaya müdaxiləsini nəzərdə tutur. Lakin unudurlar ki, istər İraqda, istərsə də Suriyada hakimiyyətdə boşluq var. Bu ölkələrdəki hakimiyyətlər vəziyyətə tam nəzarət edə bilmir. Bu səbəbdən də Türkiyənin təhlükəsizliyi ilə bağlı təhlükə meydana çıxır. Əgər hər hansı bir ölkənin hakimiyyətində bu cür boşluq yoxdursa, belə təhlüqkə meydana çıxmayıbsa, Rusiyanın həmin ölkəyə müdaxiləsinə əsas yoxdur. Sadəcə olaraq, bu gün dünyada iri güclər hegemonluq edir. Rusiya da öz aləmində özünü super güc kimi təqdim etmək istəyir. Demək istəyir ki, mən də bildiyimi edərəm”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...