Bu ölkədə Türkiyə bayrağı qadağan edildi

 
Avstriyanın Vyana Noyştad şəhərində binaların eyvanlarına Türkiyə bayraqlarının asılması qadağan edilib.
 
Axar.az xəbər verir ki, sözügedən şəhərin bələdiyyə sədri Klaus Şenneberger Türkiyənin qeyri-hökumət təşkilatlarına göndərdiyi məktubunda eyvanlara və binalara asılan bayraqların götürülməsini tələb edib.
 
“Eyvanlardan Türkiyə bayraqlarını asanlara çağırış edirəm. Dərhal o bayraqları götürün. Şəhəri mənimsəməyin burada yeri yoxdur”, - Şennenberq bildirib.
 
Qeyd edək ki, FETÖ-çuların hərbi çevriliş cəhdinə qarşı bir sıra ölkələrdə olduğu kimi, Avstriyada da minlərlə türk hökumətə dəstək üçün nümayiş və tədbirlər keçirir.