​Bu ölkə milyonlarla amerikalını məhv etmək istəyir - Video

Baxış sayı: 
205
0  
0  

 
 
Rusiyanın malik olduğu nüvə silahları ABŞ üçün ən əhəmiyyətli təhlükə olaraq qalır.
 
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik strategiyasında qeyd olunub.
 
Vaşinqton Rusiyanı yeni hərbi imkanlar yaratmaq üçün investisiya ayırmaqda və bundan kiberməkanda sabitliyi pozmaq üçün istifadədə günahlandırıb. Rusiya və Çin sənəddə status-kvonu dəyişməyə səy göstərən revizionist güclər olaraq qeyd edilib.
 
Sənəddə həmçinin əsas təhdid olaraq İran, Şimali Koreya və beynəlxalq terrorçuluq göstərilib. Rəsmi Pxenyanın nüvə zərbəsi ilə milyonlarla amerikalını öldürmək üçün imkan axtardığı vurğulanıb.
 
Strategiyada ABŞ-ın NATO-nun şərq cinahında müdafiəni gücləndirmək niyyətində olduğu bildirilib. Bunun üçün Vaşinqtonun müttəfiqlərinin də səylərini artıracağı göstərilib.
 
ABŞ həmçinin NATO-da aviasiya və hava hücumundan müdafiə sahəsində xüsusən İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçün fəaliyyətlərə davam edəcək.
 
Milli təhlükəsizlik strategiyası dörd vəzifəyə - amerikalıları qorumağa, onların rifahını yaxşılaşdırmağa, dünyanı qorumağa və Amerikanın nüfuzunun inkişafına yönəlib.
 
Sənəd Dövlət Departamenti, Pentaqon, Maliyyə Nazirliyi, ABŞ Ticarət Nümayəndəliyi, MKİ və digər şöbələr tərəfindən hazırlanıb.
 
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp az öncə canlı yayımda ölkəsinin milli təhlükəsizlik strategiyasını açıqladı.

Загрузка...
Загрузка...