​Bu müharibə Rusiyanı biabırçılıqdan XİLAS EDƏCƏK - ABŞ-ın məxfi planı ORTAYA ÇIXDI

Baxış sayı: 
198
0  
0  

ABŞ və Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında müharibə Rusiyanı biabırçılıqdan xilas edə bilər.
Publika.az xəbər verir ki, Rusiya KİV-inin yazdığına görə, 2018-ci il Qış Olimpiya Oyunlarının Koreya yarımadasındakı münaqişə üzündən keçirilməməsi yüksək ehtimal kimi qiymətləndirilir.
Məsələ bundadır ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) dekabrın 6-da İsveçrənin Lozanna şəhərində keçirilən toplantısında qəbul etdiyi qərarla Rusiyanı 2018-ci il Qış Olimpiya Oyunlarından kənarlaşdırıb. Rusiyalı idmançılar dopinqdən istifadədə günahlandırılırlar. Onlar Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək beynəlxalq tədbirdə neytral bayraq altında çıxış edə biləcəklər.
Şimal qonşumuzda hesab edirlər ki, Koreya yarımadasında hərbi münaqişə başlayarsa, Rusiya biabırçılıqdan qaça biləcək. Hadisələrin belə ssenarisinin ehtimalı isə hər gün artır.
Olimpiya oyunlarında Amerika idmançılarının iştirakı məsələsi də hələ dəqiqləşməyib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli səbəb olaraq Koreya yarımadasının ətrafındakı gərgin vəziyyəti göstərib.
Xatırladaq, dekabrın 4-də KXDR-in sərhədlərində ABŞ və Cənubi Koreyanın Hərbi-Hava Qüvvələri genişmiqyaslı birgə təlimlərə başlayıb. Təlimlərə 230 təyyarə, o cümlədən F-22 “Raptors” və F-35A qırıcıları, həmçinin nüvə silahı daşıya bilən səsdən sürətli B-1 “Lancer” strateji bombardmançıları cəlb edilib.
Təlimlərin hədəfinə gəlincə, “The Drive” nəşrinin məlumatına görə, ssenarilərə Şimali Koreyanın ballistik raketləri və nüvə infrastrukturuna, həmçinin dövlət əhəmiyyətli digər obyektlərə nöqtə zərbələri daxildir. Təlimlərə gözəgörünməz” F-35 və F-22 qırıcılarının cəlb edilməsi bunu deməyə əsas verir.
Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster bildirib ki, KXDR ilə müharibə ehtimalı hər gün artır. Və senator Lindsi Qrem Cənubi Koreyadakı Amerika müəssisələrində çalışan əməkdaşların ailələrinin təxliyyə ehtiyacı haqqında xəbərdarlıq edib.
Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Pxenyanın müharibədən qorxmadığını bəyan edib.
“Biz müharibə istəmirik, amma ondan gizlənməyəcəyik”, - o bildirib.
Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun əsas elmi işçisi Vladimir Vasilyevin fikrincə, ən pis variantı istisna etmək olmaz.
Onun sözlərinə görə, Heylinin bəyanatı tamamilə dəqiq və strateji əhəmiyyətə malikdir: “Çünki, o, Dövlət Departamentində praktik olaraq ikinci diplomatdır. Bəzi hallarda onun dövlət katibi Reks Tillersondan daha mühüm rol oynadığını deyirlər. Heyli ən məxfi məlumatlara girişə malikdir. O, millik təhlükəsizliklə birbaşa əlaqəsi olan materiallarla tanışdır”.
“Hesab etmək olar ki, Vaşinqton hərbi əməliyyatın başlanmasına ciddi baxır. Mənim nöqteyi-nəzərimdən, Yeni ilə qədər heç nə olmayacaq, çünki qarşıdan Milad və tətillər gəlir. Amma Yeni ildən dərhal sonra müharibə başlana bilər. Və istisna deyil ki, Nikki Heyli yanvar-fevral aylarında Şimali Koreyaya zərbə endirilməsi planları haqqında məlumatlıdır. Məsələ ondadır ki, hərbi əməliyyatın başlanmasına avtomatik olaraq BMT Təhlükəsizlik Şurasında Amerika nümayəndəsinin aparatı da cəlb ediləcək. Səbəb aydındır: qətnamələrə daxil ediləcək və s. Bu, hərbi işlə paralel olan fəaliyyətdir. Mümkündür ki, amerikalılar hərbi əməliyyatı yaza, deyək ki, mart ayına keçirəcəklər. Amma burada Amerika administrasiyasının nə istədiyi əhəmiyyətlidir. Bəlkə Tramp bunun üçün tələsir, çünki onun üçün impiçment təhlükəsi var. Ehtimal ki, hərbçilər əməliyyatın başlanması üzrə planlarını hazırlayıblar, Nikki Heyli isə sirri ağzından qaçırıb”, - rusiyalı ekspert vurğulayıb.
O hesab edir ki, Amerikanın Yaponiya, Tayvan və Cənubi Koreyadakı səfirliklərinin saytlarını diqqətlə öyrənmək lazımdır: “Bu saytlarda Amerika vətəndaşlarına təhlükəsizliklər məsələləri üzrə hansısa xəbərdarlıq ola bilər. Əgər sabah personalın, həmçinin işçilərin və tələbələrin təxliyyəsi başlanarsa, deməli iş hadisələrin kəskinləşməsinə doğru gedir”.
Ekspert qeyd edir ki, bundan başqa, prezident Donald Tramp hərbi gücdən istifadə hüququ üçün Konqresə müraciət edə bilər: “Bu, hərbi əməliyyata hazırlığının göstəricisi ola bilər. Beləliklə, Olimpiya oyunları hərbi oyunlara çeviriləcək, yalnız Pxençxan şəhərciyi deyil, bütün Koreya yarımadası hədəf olacaq”.
Amma Müasir Dövlət İnkişafı İnstitutun direktoru Dmitri Solonnikov müsbət ssenariyə inanır: “Düşünürəm ki, Pxençxanda Olimpiada olacaq. Sadəcə, Birləşmiş Ştatlar yaranmış gərginlikdən öz idmançılarının təhlükəsizliyini gücləndirmək üçün istifadə edəcək. Məsələn, yarımadaya əlavə güclər gətirilə bilər”.
Ömər Dağlı

Загрузка...
Загрузка...