“Bu məsələdə nə tələsmək, nə də tərəddüd etmək lazımdır”

Sərdar Cəlaloğlu: “Əgər ABŞ dediyini edəcəksə, islam konfransı da öz qərarını icra etməlidir”
 
 
Türkiyə Şərqi Qüdsdə səfirlik açmaq niyyətindədir. Maraqlıdır, digər islam dövlətlərinin də Fələstinə dəstək məqsədi ilə belə bir addım atması məqsədəuyğun olardımı?
Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“İslam konfransının qəbul etdiyi qərarlar ABŞ-ın öz qərarından geri çəkilməsi məqsədi güdür. Əgər İsralin paytaxtı və Amerika səfirliyi Təl-Əvivdən Qərbi Qüdsə köçürülməyəcəksə, o zaman islam konfransının qərarları da sürətlə həyata keçirilməməlidir. Əgər məqsəd problemi beynəlxalq hüquqa uyğun şəkildə həll etməkdirsə, tərəflərin hər biri öz iddiasını həyata keçirmək yolu tutacağı təqdirdə konfrantasiya yaranacaq.
Təbii ki, ABŞ öz fikrindən geri dönməyəcəksə, islam konfransı da qəbul etdiyi qərarları icra etməlidir. Əks təqdirdə, həm islam konfransı nüfuzdan düşər, həm də bəzi qüvvələrin islam dövlətləri ilə bağlı niyyəti asanlıqla reallaşar. Bu, islam dünyası üçün taleyüklü bir qərardır. Islam konfransının ciddiliyinin göstəricisidir. Bu məsələdə nə tələsmək, nə də tərəddüd etmək lazımdır. Tələsmək lazım deyil ona görə ki, ABŞ öz mövqeyindən geri çəkilə bilər. Lakin ABŞ öz dediyini edəcksə, o zaman tərəddüd etmək lazım deyil. Yəni islam dövlətləri islam konfransında qəbul etdikləri qərarların icrasına başlamalıdır”.
 
Seymur Əliyev

Загрузка...
Загрузка...