​Bu kənddə hamı milyonçudur - FOTOLAR

 
Bu kənddə hamı milyonçudur
 
Çinin Huanxi kəndində demək olar ki hər kəs villada yaşayır. Kəndin təxminə 1500 nəfər sakini var.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada bənzəri olmayan bu kənddə evlər bir neçə mərtəbəlidir.
Həmçinin kənddə dünyanın bir çox məşhur abidələr - Çinin şimalındakı Çin səddi, Pekindəki Qadağan olunmuş şəhər, Nyu-Yorkdakı Azadlıq heykəli, Sidneydəki Opera binasının oxşarı tikilib.
Kənd ağır sənayedən tutmuş tekstil, turizmə qədər bi bir çox sahələrdən gəlir əldə edir. Əldə edilən gəlirin böyük bir hissəsi sakinlər arasında bölüşdürülür. Keçən il gəlir həddən artıq çox olduğuna görə hər ailəyə bir maşın hədiyyə olunub.
Huanxi kənddən daha çox şirkətə bənzəyir ki, kəndlilər onun səhmdarları hesab edilir. 2003-cü ildə istehsal gücü 10 min yuandan çox olan yaşayış məntəqəsi Çinin ən varlı kəndi statusunu alıb. Kənddə turizm yeni sahə olsa da, ildə orta hesabla 2 milyondan çox turist qəbul edir.
Kəndin özünün iki helikopteri və iki böyük yük gəmisi var.
Kəndə daxil olanda yol boyu möhtəşəm villalarla qarşılaşmaq olur. Ancaq təkcə villalalar deyil, sakinlərin lüks maşınlar da diqqətdən yayınmır.
Kəndin bu vəziyyətə gəlməsində əməyi olan 84 yaşlı bələdiyyə sədri Vu Rınbao bu işləri tamamilə öz gəliri hesabına etdiyini deyir.