​Bu il Türkiyəni sarsıdan TERRORLAR

 
 
Türkiyə 2016-ci il içərisində çox sayda terror hücumunun hədəfi oldu.
 
Missiya.Az xəbər verir ki, baş verən hücumlarda bir çox insan həyatını itirib və yaralanıb. Bu il ərzində həyata keçirilən hücumlar əsas terror aktları bunlardır:
 
10 dekabr 2016: İstanbul Beşiktaşda keçirilən iki ayrı partlayış nəticəsində ən azı 38 adam həyatını itirib, 155 nəfər yaralanıb.
 
Noyabr 2016: Adanada meriya binası yaxınlığına yerləşdirilən bombanın partlaması nəticəsində rəsmi rəqəmlərə görə, ən azı 2 adam ölüb, 33 adam yaralanıb.
 
Avqust 2016: Elazığ, Van və Bitlisdə polis və əsgərlərə qarşı üç ayrı hücumda 12 adam ölüb, 200-dən çox adam yaralanıb.
 
İyun 2016: Atatürk Beynəlxalq Hava Limanında üç terrorçunun təşkil etdiyi silahlı və bombalı hücumda 45 adam həyatını itirib, 236 adam da yaralanıb.
 
İyun 2016: İstanbul Veznecilərdə təşkil olunan bombalı hücumda 7-si polis olmaqla 12 nəfər həyatını itirib, 36 nəfər yaralanıb.
 
İyun 2016: Martinin Midyat rayonunda Polis İdarəsi binasına bomba yüklü maşınla təşkil olunan hücumda 2-si polis olmaqla, 4 nəfər həyatını itirib.
 
May 2016: İstanbul Sancaktepedəki Samandıra kazarması yaxınlığında hərbi personalı daşıyan avtomobilin keçidi əsnasında bombalı hücum təşkil olunub. Hadisədə 5-i əsgər, 3-ü mülki şəxs olmaqla 8 nəfər yaralanıb.
 
May 2016: Diyarbəkirin Sur rayonunun Sarıqamış məhəlləsində partlayıcı yüklü bir yük maşının partlatması nəticəsində 16 nəfər ölüb, 23 nəfər yaralanıb.
 
Aprel 2016: Bursa Ulu Məscidi yaxınlığında bir canlı bombanın özünü partlatması nəticəsində 13 nəfər yaralanıb.
 
Mart 2016: İstanbul Beyoğlu İstiqlal küçəsində bir canlı bombanın özünü partlatması nəticəsində 4 nəfər ölüb, 39 nəfər yaralanıb. Ölənlərdən 3-ü İsrail, 1-i də İran vətəndaşı olub.
 
Mart 2016: Ankara Güvenpark Qızıl Ayparada bomba yüklü maşınla təşkil olunan hücumda ən azı 38 adam ölüb, 125 adam yaralanıb.
 
Fevral 2016: Ankara Çankayada hərbi xidmət maşınının keçidi zamanı təşkil olunan bombalı hücumda 30 nəfər ölüb, 61 nəfər də yaralanıb.
 
Yanvar 2016: İstanbul Sultanəhməddə bir turist karvanına qarşı keçirilən canlı bomba hücumunda 12 alman turist həyatını itirib.

Загрузка...
Загрузка...