​Bu hovuza girən hər kəs ölür- "ÖLÜM CAKKUZİSİ" YER SƏTHİNDƏN 1000 METR DƏRİNLİKDƏDİR


2014-cü ildə Meksika körfəzinin dərinliklərində kəşf edilən duzlu su hovuzu özünəməxsus xüsusiyyətləri ilə alimlərin diqqətini özünə cəlb etmişdi. Gununsesi.info-nun xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, 30 m eni və 3,5 m dərinliyi olan hovuz Yer səthindən 1000 m dərinlikdə yerləşir və içinə girən canlıları öldürə biləcək qədər çox duzluluğa sahibdir. Araşdırmaçıların başqa planetlərdə mövcud olan həyat ilə bağlı informasiya əldə edəcəklərini düşündükləri bu yerin ətraflı xəritəsini çıxarmaq üçün 2 il sonra robot dəniz atı hazırlayıblar. “Ölüm cakkuzisi” adı verilən gölü kəşf edən Templ Universitetinin bioloqu Erik Kordes bu bölgəni dünya ilə əlaqəsi olmayan əsrarəngiz bir yer kimi şərh edib. Kordesə görə, bu hovuzda yaşayan bakteriyalar yüksək duzluluq faizi və oksigen azlığına adaptasiya olaraq həyatda qalmağı bacarıb. Canlıların bu adaptasiya bacarığının başqa planetlərdə də mövcud ola biləcəyini və bu gölün araşdırılmasının Yer kürəsindən kənarda olan yaşam ilə bağlı bir çox suallara cavab olacağı bildirilib.

Загрузка...
Загрузка...