Bu hotel ay sonuna qədər Ərəb kralına xidmət edəcək - VİDEO

Baxış sayı: 
270
0  
0  

Moskvanın ən prestijli hotellərindən biri “Rits Karlton” oktyabr ayının sonuna qədər yalnız Səudiyyə Ərəbistanının kralı üçün xidmət göstərəcək.
Publika.az xəbər verir ki, paytaxtın ən bahalı mehmanxanalarından biri fəaliyyətə başladığı gündən etibarən ilk dəfə bütün otaqları bron edilir.
Hoteldə nömrə götürmək istəyən ən nüfuzlu şəxslərə belə rəhbərlik üzrxahlıq edərək boş nömrələrin olmadığını bildirib. Mehmanxananın rəsmi saytında yerləşdirilən məlumata görə, kral Salman Al Səid tərəfindən rezervasiya edilən nömrələrdə ailəsi və kralın nümayəndə heyəti qalacaq.
Xatırladaq ki, Tokio səfərində 450 tona yaxın baqajla gedən kralı 10 təyyarə müşayət edib.
Könül Cəfərli

Загрузка...
Загрузка...