Bu həmin dünyadır-Kamil Fərəcov

 
Bu dünyanın əvvəli yox,sonu yox
Sən qonaqsan,dünya qalan dünyadır
Geyindiyi geyimi çox,donu çox
Yol azdıran,baş aldadan dünyadır
 

Bəzən elə şirin üzün gõstərər
Sevindirər,özün sənə istədər
Bəzənsə ən çətin gündə tərk edər
Inanma,bu dünya yalan dünyadir
 

Bəxtəvərsən ondan canin qutarsan
Ilk əvvəl onunla birgə qaçarsan.
Sonra qocalarsan,çəlik tutarsan
Baxib görərsən ki,cavan,dünyadir
 

Cavab yoxdu bu dünyanin yaşına
Insanlari topluyubdur başina
Aşiq oldum gözlərinə,qaşına
Kamilin ağlını alan dünyadir