Bu heyvanlar görünüşünə görə digərlərindən fərqlənir - FOTOLAR

 
 
Yer kürəsində fərqli görünüşə malik xeyli sayda heyvanlar mövcuddur. Bu heyvanlar qəribə görünüşü ilə digərlərindən fərqlənir.  Maraqlısı burasındadır ki, fərqli cinslərin cütləşməsindən yaranan bu heyvanlar, hər iki cinsin xüsusiyyətlərini özündə cəmləyir.
 
Moderator.az həmin mutasiya yolu ilə yaranan heyvanların bir neçəsini oxuculara təqdim edir:
 
Qoyun və Keçi-Botsvana növü
 
Qoyun və keçinin cütləşməsi nəticəsində yaranan bu  heyvan,  2000-ci ildə Botsvanada baytarlar tərəfindən aşkar olunub. Botsvana növü adlı canlı, dişi keçi ilə erkək qoyunun cütləşməsi nəticəsində əmələ gəlib. Buruq tüklərlə örtülü dərisinin üzərində sərt tüklərdən ibarət olan bir təbəqə var. Uzun keçi ayaqları və ağır qoyun gövdəsinə malikdir. 
 
Bəbir və Şir- Leolan (Leopon)
 
Leolan, erkək bəbir ilə dişi aslanın cütləşməsi nəticəsində doğulan bir heyvandır. Başı aslan başına, gövdəsi  isə leopar gövdəsinə bənzəyən leolan ilk dəfə 1910-cu ildə Hindistanda dünyaya gəlib.
 
Zebra və Eşşək - Zedonk
 
ABŞ-ın Georgia əyalətində qoruma altında olan mərkəzdə, bir eşşək ilə zebra cütləşməsi nəticəsində ortaya çıxan bu növün atası zebra, anası isə bir eşşəkdir.
 
Yaquar və Pələng- Jagger
 
Jagger, erkək yaquarla dişi pələngin cütləşməsindən doğulan heyvana verilən addır. Bu ad ingilis dilində yaquar (yaguar) və pələng (tiger) sözləri birləşdirilərək adlandırılmışdır.
 
Camış və İnək -  Bufnek (Beefalo)
 
Camış və inəyin cütləşməsi nəticəsində yaranan bufnek əti, inək ətindən daha az yağlıdır və xolestrol nisbəti daha aşağıdır. Bir çox istehlakçının bu ətdən xəbəri yoxdur, məhsul yalnız bir neçə dükanda satılır. Bufnek istehsalçısı Mark Merril bufnek əti üçün, "Qırmızı ətdən daha çox ətirli və suludur”deyir.
 
Dəvə Lama Devma (Cama)
 
Dəvə və lamanın cütləşməsi nəticəsində doğulan bu heyvan, 1995-ci ildən bu yana növünün tək nümunəsidir. Devmanın bel sümüyü yoxdur və lamanın qabarıq tüklərindən ibarətdir.
 
Vəhşi pişik və Ev pişiyi - Evani Pişik
 
Evani pişik, Afrikanın vəhşi pişiyi ilə ev pişiyinin cütləşməsindən yaranıb. Müxtəlif növlərin cütləşməsi nəticəsndə ortaya çıxan bu pişik, ev pişiyi olmağa daha meyllidir.
 
 
 
Kamran

Загрузка...
Загрузка...