Bu gün yağış, şimşək, qar…

Martın 27-si Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Abşeronda gecə 5-8, gündüz 11-16, Bakıda isə gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Sabah ölkənin Qərb rayonlarında da yağış yağacaq. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntının dağlıq rayonlarda sulu qara, qara keçəcəyi bildirilir. Gecə 6 11, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti gözlənilir.