Bu gün qaçan məhbusun dəhşətli keçmişi: Krutoy Elvinin qatili - Foto

 
Biləcəridən qaçan məhbuslardan biri kriminal aləmdə nüfuzlu şəxslərdən birinin qatilidir.
 
Teleqraf.com-un əldə etdiyi məlumata görə, qaçan məhbus 1983-cü il təvəllüdlü Əli Ağami kriminal aləmdə “Krutoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qatilində ittiham olunub.
 
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz silah gəzidrmə) maddələri ilə ittiham olunan Əli Ağami bu gün saxlandığı Kürdəxanı istintaq təcridxanasından Şirvan şəhərinə etap olunarkən Biləcəri dəmiryolu stansiyasında qaça bilib.
 
Məlumata görə, Əli Ağaminin cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsində proses gedir.
 
Qeyd edək ki, 2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzindəki kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib.
 
Həmin vaxt qətli törədən Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib. Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə “Makarov” tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.
 
Məlumata görə, mübahisə noyabrın 5-də baş tutan və “Makarov” tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Sarıbalayev və kriminal aləmdə “Krıtoy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətllə sonuclanan “razborka”nın davamıdır.
 
Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Salmanov və qətli törədən 1989-cu il təvəllüdlü Əli Ağami saxlanılıb.
 
Qan tökülsə də “razborka” səngimək bilməyib. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Əli Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Zaur Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb.
 
Məlum olub ki, bu qəza da həmin qanlı “razborka”dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini “Maqa” ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib.
 
Mahir Tahir oğlu evində Zaur Ağamiyə bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan Mahir Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Zaur Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin “vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal “razborka”ya çağırıldığı haqda da məlumat var.
 
Bildirilir ki, Zaur Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu “razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.
 
Qeyd edək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.
 
2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb.
 
Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.
 
Xatırladaq ki, hadisə zamanı qətlə yetirilən Zaur Sarıbalayev kriminal aləmdə “Masallı Mamed” və “Qoca” ləqəbi ilə tanınan və nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub.
 
Şirvan şəhər Prorkurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb.
 
Təqdim etdiyimiz əsas foto Krutoy Elvinindir. Digər fotolar isə kriminal aləmdə nüfuza malik olan Masallı Mamedin yaxın tərəfdarı və qeyd etdiyimiz silahlı "razborka"da qətlə yetirilmiş Zaur Sarıbalayevindir.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...