Bu gün prezidentliya namizəd, VİP sədri Əli Əliyevlə görüş keçrildi

Baxış sayı: 
228
0  
0  

Bu gün, Vətəndaş və İnkişaf partiyasının(VİP) seçkilər,  seçkilərə hazırlıqla bağlı partiya üzvləri, jurnalistlər və gənclərin iştirakı ilə hesabat tədbiri keçirildi. Tədbiri açan VİP-in prezidentliyə namizədi  Əli Əliyev Azərbaycanda, ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış etdi. VİP olaraq, qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyini, bununla bağlı bütün resursları işə saldıqlarını vurğuladı. Əli bəy seçkilərə onun namizədliyi ilə gedəcəklərini vurğulasa da,  bir halda öz namizədliyindən imtina edə biləcəyini də dedi. O. çıxışında “əgər müxalifətin vahid namizədi olarsa və bu namizəd ümumi xalq maraqlarımızı ifadə edərsə, mən öz namizədliyimi deyil,  həmin şəxsin namizədlini müdafiə edərəm” sözünü verdi.


 
Daha sonra partiya rəhbəri İndiki hakimiyyətin yüksək eşalonunda ermənilərlə yaxın qohumluğu olan şəxslərin hakimiyyətdən uzaqlaşdırılmasını, müharibə şəraitində bu məsələnin çox vacib olduğunu xüsusi vurğuladı. VİP olaraq hakimiyyətə gələcəkləri təqdirdə, ordu və hakimiyyətdə erməni qohumluğu olan  şəxslərin dərhal uzaqlaşdıracaqlarını da qeyd etdi.


 Partiya sədri, hal-hazırda hakimiyyətin düşdüyü acınacaqlı durumdan danışaraq, Rusiya və Qərblə siyasətin yanlış formada qurulduğunu, buna görə də onlar hökumətyönümlü kivlərə qərb ölkələrinin əleyhinə məqalələrin yazılmamasının tapşırıldığı haqqında indicə məlumat aldığını tədbir iştirakçılarına çatdırdı. Əli bəy hakimiyyətin seçkilərə İlham Əliyevlə gedəcəyini də qətiləşdiyi haqqında məlumat verdi.  Hakimiyyətin Qarabağ siyasətini sərt tənqid edən partiya sədri Dağlıq Qarabağ siyasətini İspaniyanın Kataloniya bölgəsi ilə eyniləşdirərək İspaniya hakimiyyətindən nümunə götürməyə çağırdı. Partiya sədri kimi VİP –in Qarabağ məsələsində müxalifətdə olmadığını, hakimiyyətə hər cür dəstək verməyə hazır olduqlarını dilə gətirərək hətta fəaliyyətini dondurmağa hazır olduqlarını qeyd etdi.


 
VİP lideri,  Hakimiyyətin bütün sferalarında rüşvətxorluq və korrupsiya hallarının dayanmadığını, əksinə,  2018-ci il dövlət büdcəsinin birdən-birə 4 milyard artırılmasını bu məbləğin də tikinti sektoruna yönəldilməsini korrupsiya halı kimi qiymətləndirdi. Son günlərdə öz işini itirən vergilər naziri Fazil Məmmədovun ofşor zonada yaratdığı bir neçə şirkətin və milyardlarla dolların həmin hesablara keçirilməsini acınacaqlı hal kimi qeyd edərək dövlətimizin imicinə vurulan zərbə kimi qeyd etdi. VİP olaraq rüşvət və korrupsiyaya göz yummayacaqlarını və belə hallarla daima mübarizə aparacaqlarını vurğuladı.
 

Daha sonra Əli bəy 2018-ci ildə elmin inkişafına 128,1 milyon manat ayrıldığını, analoji olaraq İsraildə isə 15 milyard olduğunu qeyd edərək elmimizə biganəliyi ortaya qoydu. Partiya lideri hakimiyyətə səslənərək inkişafın elmdən keçdiyini, Cənubi Koreyada Samsunq mobil telefonların ildə 30 milyard gəlir gətirdiyini öz sözünün təsdiqi kimi misal çəkdi.

 
Çıxışının sonunda Azərbaycan Demokratik Respublika qurucusu kimi Heydər Əliyevin deyil, məhz Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının olduğunu qeyd edərək Rəsulzadənin heykəlinin qoyulmasının vacib olduğunu deyərək bu qısqancılığın hakimiyyətə şərəf gətirmədiyini qeyd etdi.
Sonda Əli bəy, yerdən verilən suallara aydınlıq gətirərək cavablandırdı.

Səkinə Əliqızı

Загрузка...
Загрузка...