Bu gün Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m. olan 6 mərtəbəli binada yanğın baş verib.

Turaninfo.az-in Fövqəladə Hallar Nazirliyinin saytına istindən verdiyi məlumata görə, binanın damının yanar konstruksiyaları 260 kv.m, 6-cı mərtəbənin tavanı 160 kv.m, 5-ci mərtəbənin tavanı 4 kv.m və 4-cü mərtəbənin tavanı 4 kv.m sahədə yanıb.
 Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.