Bu durum Rusiyaya daha çox zərər verir - Türkiyə

Türkiyə ilə Rusiya arasında problemin ən qısa zamanda bitməsini arzu edirəm.
 Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
 Nazir bildirib ki, Ankara və Moskva arasında yaşanan gərginlik Rusiyaya 2 dəfə çox zərər verir:
 “Hörmətli prezidentimizin, baş nazirimizin, biz sözlə hamımızın hədəfi düşmənlərimizin sayını azaltmaq, dostlarımızın sayını çoxaltmaqdır. Ümid edirəm ki, Rusiya ilə aramızda olan problemlər həllini tapar. Çünki bu hər iki ölkənin xeyrinədir. Riyazi olaraq deyə bilərəm ki, bu durum Rusiyaya Türkiyədəkindən 2 dəfə çox zərər verir. Belə davam etməyin anlamı yoxdur”.