​Bu dövlət komitələrinə sədr təyin EDİLMƏDİ

Baxış sayı: 
194

 
Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində bəzi vəzifələrə təyinat olmayıb.
Minval.İnfo-nun məlumatına görə, aşağıda siyahısı verilən dövlət qurumlarına hələlik rəhbər təyin olunmayıb:
Dövlət Turizm Agentliyi (yeni yaradılıb)
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Hicran Hüseynova tutub)
Diasporla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Nazim İbrahimov tutub)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Mübariz Qurbanlı tutub)
Dövlət Gömrük Komitəsi (sədr vəzifəsini Aydın Əliyev tutub)
Dövlət Statistika Komitəsi (sədr vəzifəsini Tahir Budaqov tutub)
Əmlak Məsələləri Dövlət Komitəsi (sədr vəzifəsini Kərəm Həsənov tutub)
Dövlət Miqrasiya Xidməti (rəis vəzifəsini Firudin Nəbiyev tutub)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (rəis vəzifəsini Arzu Rəhimov tutub)
Qida Təhlükəsizliyi Agentliyi (sədr vəzifəsini Qoşqar Təhməzli tutub)
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yeni yaradılıb)
Əqli Mülkiyyət Agentliyi (yeni yaradılıb)
Milli Arxiv İdarəsi (rəis vəzifəsini Ataxan Paşayev tutub).

Загрузка...
Загрузка...