Bu dəfə Avstraliyadan dəstək gəldi

Avstraliyanın paytaxtı Kanberra şəhərində yaşayan bir qrup azərbaycanlı və burada təhsil alan tələbələr Avstraliya parlamentinin binası qarşısında aksiya keçiriblər.
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, aksiya zamanı erməni tərəfinin işğal altında saxladığı ərazilərdə Azərbaycana qarşı hərbi əməliyyatlara başlamasına etiraz edilməsi üçün Avstraliya parlamentinə çağırış edilib.
Qeyd edilib ki, Ermənistanın BMT-nin müvafiq 4 qətnaməsinə indiyədək əməl etməməsi Avstraliya hökumətinin daim diqqətində olmalıdır. Aksiyada "Avstraliya ictimaiyyətinə Qarabağla bağlı əsl həqiqətlər çatdırılmalıdır", "Avstraliya Ermənistanın təcavüzkarlığını qınamalıdır" və digər şüarlar qaldırılıb.
Sonda Kanberrada yaşayan azərbaycanlı tələbə Sevin Ərdəbilli piketin qətnaməsini oxuyub.