​Bu bənzətməyə xeyli güldüm - Ərdoğan

 
Qərb mediası HDP həmsədrlərindən birini Obamaya oxşadıb. Bu bənzətməyə çox güldüyümü demək istəyirəm.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
“Terror qruplaşmasına verdikləri dəstəkdən dolayı saxlanılan və həbs edilən millət vəkillərinə görə Qərbdən gələn reaksiyaları görürük. Qərbin mediası da Allah nə veribsə, döşəyib. Həbs edilən həmsədrlərdən birinin Obamaya bənzədilməsinə xeyli güldüm”, - Ərdoğan bildirib.
 
Qeyd edək ki, “Foreyn Polisi” nəşri Dəmirdaşın həbs edilməsi ilə bağlı diqqətçəkən məqalə yayımlayıb. “Kürd Obama həbs edildi” başlıqlı yazıda HDP həmsədrinin tutulma səbəbi kimi onun Ərdoğana meydan oxuması göstərilib.