“Bəşəriyyəti 5500 il əvvəl yazılan yazı idarə edir”- MARAQLI

 
 
“Bəzi insanlar özlərini elə aparırlar ki, sanki sabahı da, gələcəyi də onlar yazırlar.  İnsan öz taleyinin sahibidirsə, onda Allahın yazısı, alın yazısı nədir? Dünyanı insanlar idarə edirsə, onda Allah kimdir? İnsanlar hələ də başa düşmürlər ki, dünyanı Allahın 5500 il əvvəl yazdığı Əzəl yazı idarə edir. İnsanlar isə özləri də bilmədən, öz daxili keyfiyyətlərinə (ağıl və heyvani qüvvələrə) uyğun bu "teatr"da yaxşı və pis rol oynayırlar”.
 
Moderator.az-a bu barədə  tanınmış araşdırmaçı, misirşünas Firudin Gilar Bəg danışıb. Qeyd edək ki, bəşəriyyətin 5500 il bundan əvvəl fərqli yaşam formasında olduğu, insanların hamısnın xoşbəxt yaşamaları fərziyyələri var. Bəzi qədim dini mənbələrdə də bu barədə məlumat verilib.
 
"Hər şey Allahın yazdığı kimi sona yetəcək. Son isə axirətdir. Bu zaman insan, bütün müqəddəs kitablarda yazıldığı kimi ağır imtahan verəcək. Dünya malına görə canını qurban vermək cahillikdir. Həqiqətən, sufilərə görə bu günki inkişaf dövrü - cəhalət dövrü hesab olunur.
 
İlahi enerjinin yenidən insanlara qayıtması hesabına, axirətdən sonra yenidən “Qızıl əsr” başlayacaq və insanlar 100 il yaşamadan ölməyəcəklər. Əsl xoşbəxtlik onda başlayacaq və 5500 il əvvəlki xoşbəxt həyat yenidən bərpa olunacaq”.