Bəşər Əsədin xanımı: “Heç vaxt ölkəni tərk etmək haqqında düşünməmişəm” – Video

 
Suriya lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd 8 illik aradan sonra ilk dəfə bir rus telekanalına müsahibə verib.
 
Milli.Az Milliyet-ə istinadən bildirir ki, Esma Əsəd Suriyada vətəndaş müharibəsi başladıqdan sonra ona ölkəni tərk etmək təklifləri gəldiyini deyib. Bu təkliflərin kimlər tərəfindən gəldiyini açıqlamayan Esma Əsəd ölkəni tərk etmək haqda heç vaxt düşünmədiyini söyləyib.
 
Əsəd Qərbin sanksiyalarının ən çox ölkədəki sıravi vətəndaşlara mənfi təsir etdiyini deyib.