Bəşər Əsəd: Tədricən Qərbin Yaxın Şərqdə mövqeləri zəifləyir

Suriya prezidenti Bəşər Əsəd tədricən Qərbin Yaxın Şərqdə mövqelərinin zəiflədiyini bildirib.
 
Turaninfo.Az APA-ya istinadən xəbər verir ki, B. Əsəd “Sunday Times” qəzetinə müsahibəsində deyib ki, əgər əvvəllər insanlar Suriya prezidentinin reallıq hissini itirdiyini düşünürdüsə, indi mövqeləri dəyişib.
 
B. Əsəd qeyd edib ki, Qərbin insanlara Yaxın Şərqdə nə baş verdiyini izah etmək üçün arqumenti yoxdur: “İŞİD terror təşkilatı İraqda neft yataqlarından çıxarılan neftin ticarəti ilə məşğul olurdu. Həmin vaxt ABŞ peykləri və pilotsuz təyyarələri bunu müşahidə edir, ancaq Qərb susurdu. Rusiya Suriyadakı vəziyyətə müdaxilə etdikdən sonra isə İŞİD sözün hər mənasında mövqelərini itirməyə başladı”.