​Bəşər Əsəd: Suriyalı miqrantlar ölkələrinə qayıdacaq”

 
“Suriyada sabitlik bərqərar olunan kimi xaricə gedən miqrantlar ölkəyə qayıdacaq. Mən buna tam əminəm”.
Publika.az xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “RT” televiziya kanalına müsahibəsində bildirib.
B.Əsəd deyib ki, artıq xaricdəki suriyalıların ölkəyə qayıtması prosesi başladılıb:
“Bəlkə də bu sizə təəccüblü görünəcək. Ancaq ötən ay xaricdə yaşayan bir sıra imkanlı suriyalılar Suriyaya geri qayıdıblar. Baxmayaraq ki, onların sayı azdır. Ancaq bu prosesə başlanılıb. Tam əminəm ki, Suriayada müharibə bitən kimi digər suriyalı miqrantlar da ölkələrinə geri qayıdacaqlar. Onların Suriyadan qaçmasının iki səbəbi var idi. Birincisi, terror təhdidi, ikincisi isə ailələrinin təhlükəsizliyini təmin etmək. Bu gün Suriya vətəndaşlarının əksər hissəsi dövlətin bütövlüyünü və iqtidarın bu istiqamətdə atdığı addımları dəstəkləyir. Bütün bunların bərqərar olacağına isə əminəm. Buna heç kəsin də şübhəsi olmasın”.

Загрузка...
Загрузка...