Bəşər Əsəd: "Avropa Birliyi fəaliyyətsizdir"

Suriya Prezidenti Bəşər Əsəd Avropa Birliyinin Yaxın Şərq siyasəti Vaşinqton və Moskva ilə müqayisədə fəaliyyətsiz olduğunu deyib.
 Turaninfo.az Axar.az-a istinadən  xəbər verir ki, bunu Bəşər Əsədlə görüşən fransız deputat Nikolya Dyuik bildirib.
 “O, (Əsəd) bildirdi ki, Rusiya və ABŞ-ın fəaliyyəti fonunda Avropa Birliyinin Yaxın Şərq siyasəti yoxdur”, - fransız deputat deyib.
 Qeyd edək ki, Fransanın müxalif Respublikaçılar Partiyasından olan 5 nəfərlik nümayəndə heyəti Suriyaya yollanmışdı..