Bəşirdən Ərdoğana jest: Gülən məktəbləri bağlanır

 
Sudan Prezidenti Ömər Bəşir ölkədə fəaliyyət gösətərən Gülən məktəblərinin bağlanması barədə göstəriş verib.
 
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xartumdakı səfiri Cəmaləddin Aydın məlumat verib.
 
Onun sözlərinə görə, rəsmi Ankara Sudanın bu addımını yüksək qiymətləndirir. Səfir çevrilişə cəhddən sonra Ömər Bəşirin Ərdoğana zəng etdiyini də diqqətə çatdırıb.
 
Xatırladaq ki, Qırğızıstan və Qazaxıstan FETÖ mktəblərini bağlamayacaqlarını açıqlayıb.