Bərzaninin təbliğatını aparan laçınlı kürd DANIŞDI: Təbliğat aparmaq suçdur? - FOTOLAR

Baxış sayı: 
296
0  
0  

 
 
Bir neçə gün bundan öncə Laçın rayon İcra Hakimiyyətinin vəzifəli məmurunun Kürdüstanın, eləcə də Bərzaninin təbliğatını aparması əslən kürd olan digər şəxslərə də cəsarət verib.
 
BiG.AZ xəbər verir ki, həmin şəxsin ardından Laçın rayon sakini, "Azəravtoyol" İstehsalar Təmir-Tikinti Birliyinin 2 saylı şöbəsində çalışdığı bildirilən Vüqar Bəndalıoğlu adlı şəxs də bu təbliğatçılardan biri olub. Haqqında yazı dərc etdikdən sonra o məsələ ilə bağlı BiG.Az-a açıqlama verib.
 
Bu barədə danışan Vüqar Bəndalıoğlu belə bir qondarma respublika olan Kürdüstanın eləcə də Bərzaninin təbliğatının aparılmasının suç olmadığını bildirdi: "Mən Azərbaycan vətəndaşı, milliyətcə kürdəm. İlk olaraq mənim səhfəmə baxın, mən Azərbaycanın ərazi bütövlü naminə sizlər kimi özümə borc bilib həmişə erməni seperatçıların pisləmişəm
 
Kürd olaraq sosial şəbəkələrdə kürdlərə mənəvi dəstək olmaq suçdur? Mən Azərbaycanın ərazi bütövlüyünü istəyən, Azərbaycanın düşmənini özümə düşmən bilən Azərbaycan kürdüyəm".
 
Xatırladaq ki, teleqraf.com-a açıqlama verən "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli şirkətdə bu adda adamın işləmədiyini, məlumatın yalan olduğunu qeyd edib: "Bəzi saytlarda Vüqar Bəndalı oğlu adlı şəxsin "Azəravtoyol" ASC-də işlədiyini yazmışdılar. Lakin belə adda adam bizim şirkətdə çalışmır. Yayılan məlumatlar həqiqəti əks etdirmir. Çox xahiş edirəm ki, məlumatı yaymazdan öncə bizimlə əlaqə saxlayıb məlumatı dəqiqləşdirsinlər. Belə olmadığı halda yayılan məlumata görə hüquqi addımlar atılacaq".
 
Rövşən Əsədov

Загрузка...
Загрузка...