​“Bərzaninin əsl amacı Böyük İsrail dövlətidir” - Türkiyə nəşri...

“Hürriyet” qəzeti Bərzanilər ailəsinin yəhudi əsilli olması haqda hələ 2003-cü ildə ciddi material yaymışdı...
 
 
“Parçala - hökm sür” prinsipi ilə dünyanı yönləndirməyə çalışan cuper güc və imperiyaların tarixən ən çox yararlandığı müxtəlif dini cərəyanlar və millətçilik olub. Azsaylı xalqların potensial enerjisini öz planlarını həyata keçirmək üçün xərcləmək isə daha çox son 3 əsrdə transmilli oliqarx şəbəkələri və onların idarə etdiyi imperiyaların başlıca oyunlarındandır. Bu barədə ətraflı, inşallah, sonrakı yazılarımızda bəhs edərik...
 
İsrail nədən müstəqil kürd dövlətinin yaradılmasını ciddi-cəhdlə dəstəkləyir?
 
Son bir neçə ayda İraqdakı tarixi islam- türk torpaqlarında qondarılmış “Kürdüstan”  ətrafında baş verənlər Öcalan “PKK” problemini artıq kölgədə qoyub. Sözsüz ki, ciddi-cəhdlə sentyabrın 25-də müstəqillik barədə referendum keçirməyə çalışan  Məsud Bərzani yönətimi də hansısa super güclər və dövlətlər tərəfindən dəstəklənir. Bunlardan hələki üzdə olanı ABŞ və İsraildir. Lakin rəsmi Vaşinqton referendum məsələsində geri çəkilsə də, İsrailin belə bir niyyəti yoxdur. Netanyahu hökuməti açıq şəkildə müstəqil Kürdüstan dövlətinin yaradılmasını dəstəklədiyini bəyan edir...
 
Məsud Bərzaninin yəhudi əsilli olması haqda informasiyalar bir neçə onillikdir ki, yayılır. Sonuncu dəfə 2014-cü ildə belə xəbərlər Yaxın Şərq gündəmində dolaşmışdı. Lakin  2000-ci ildən bu yana ilk dəfə belə bir  məlumatı 2003-cü ildə Türkiyənin “Hürriyet” qəzetində yaymışdı (bax:http://www.hurriyet.com.tr/barzani-ailesinin-yahudi-oldugu-ortaya-cikti-...).  Həmin materialda M. Bərzaninin  hələ1971-ci ilin sentyabrında “Mossad” rəhbərləri ilə birgə çəkilmiş fotosu dərc edilmişdi.Bu günlərdə isə “Kirşehirxabertürk” nəşri “Bərzaninin əsl amacı Böyük İsrail dövlətidir”  adlı məqalədə daha gözlənilməz bir  iddia ilə  çıxış edib. Həmin məqalənin əsas məqamlarını nəzərinizə çatdırırıq:
 
“Bu referendumun ən böyük tərəfdarlarından biri İsrail dövlətidir ...
 
Sentyabrın 25-də müstəqilliyə dair referendum keçirəcəyini açıqlayan Məsud Bərzaniyə öncədən hər cür dəstək verən İsrail hər verdiyi dəstəyin, hər atdığı addımın arxasında öz maraqlarına sahibdir. İsrailin ədliyyə naziri Ayelet Şaked İsrailin məkrli planına açıqca aydınlıq gətirdi: “İraq kürdlərinin müstəqilliyini dəstəkləyirik”.
 
Bu elandan öncə İsrail Baş naziri Binyamin Netanyahu “Kürdlər cəsarətli, Qərb tərəfdarı və bizimdəyərlərimizi paylaşan bir millətdi”  söyləmişdi. Netanyahu hələ 2014-cü ildə etdiyi şərhdə də İsrailin kürdlərin müstəqillik arzusuna dəstək verməsinin vacib olduğunu vurğulamışdı.
 
“İsrailin müstəqil Kürdüstana ehtiyacı var”
 
Bərzaninin nəşr orqanı  olan “Rudaw”ın yəhudi əsilli köşə yazarı Edi Cohen “İsrailin Müstəqil Kürdistana ehtiyacı var” adlı məqaləsində yazır: “Kürdüstan dövlətini dəstəkləməsi həm iqtisadi, həm də təhlükəsizlik baxımından İsrailinöz xeyrinədir. Suriya və İraqdakı cihadçı dəstələrin hərəkətlənmələrini məhdudlaşdırmaq üçün Yerusəlimin(diqqət edin-S.L.) Kürdüstandakı prosesləri öz nəzarətinə  götürməsi vacibdir. Buna görə də İsrail ordusunun kürd peşmərgələrə təlim keçməsi  yəhudilərin faydasınadır. Bir az da irəli gedərək demək olar ki, Kürdüstanda hərbi baza qurmaq və bunun sayəsində Kürdüstan dövlətini qorumaq olar. Və bu minvalla müstəqil Kürdüstan dövləti bir zamanlar İraq dövlətinin mal-dövlətlərini əlindən alaraq ölkədən çıxardığı yəhudilərin geri dönməsini təmin edə bilər. Bu isə gələcəkdə ərəblərlə bağlayacağı barış anlaşmasında İsrailin mövqeyini gücləndirər...”
Bu kimi ifadələrə yer verən yəhudi əsilli kürd yazar İsrailin daha əvvəl Fələstin torpaqlarında tətbiq etdiyi hiyləgər planlarını müstəqil bir Kürdüstan qurulması halında da Suriya və İraqda sərgiləyə biləcəyini açıqca ifadə edir.
 
Bərzanilər ailəsinin yəhudi olduğu ortaya çıxdı
 
2003-cü il İraq müharibəsinin əvvəlində ola biləcək bir Amerika müdaxiləsinə Türkiyənin dəstək verməsini istəmədiyini ifadə edən Bərzani ailəsinin kürd yəhudisi olduğu və ailənin bir çox haham(yəhudi din və milli adətlərinin biliciləri, bəzi icmalarda ravvin, din xadimi mənasında işlədilir-S.L.) yetişdirdiyi ortaya çıxmışdı. Bölgədə Bərzani adıyla bilinən tək bir ailə var. Bərzani ailəsi Şimali İraqdakı Bərzan kəndində yaşayır.Osmanlı arxivlərində olan sənəddə bu kəndin mənsublarından Şallum Bərzani adlı bir hahamınöncə İstanbula, sonra isə Selanikə sürgün edildiyi bildirilir.
 
Məsud Bərzaninin atası İsrailə Kərkük neft yataqlarının planını verib...
 
Molla Mustafa Bərzani 1967-ci ildə ilk dəfə İsrailə gedir. Onu qəbul edən İsrail müdafiə naziri Moşe Dayana, hədiyyə olaraq bir kürd xəncəri ilə birlikdə, Kərkük neft yataqlarının planlarını da verir. 1969-cu ilin mart ayında Bərzani-Mossad əməkdaşlığı ilə keçirilən bir əməliyyatda, Kərkük yataqları bombalanır və işlədilməz hala gətirilir.
 
Əslində yəhudi olan Məsud Bərzaninin əsl amacı“müstəqil bir Kürdüstan dövləti”adı altında  İraq və Suriyadan köç etmiş yəhudilərin təkrar buralara rahatca köç etməsini təmin etmək və beləliklə, “Böyük İsrail dövləti”nin təməllərini atmaqdır...”
 
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində yayımlanan “Kurtlar vadisi” serialının ilk seriyalarında da Məsud Bərzaninin yəhudi əsilli olması və Mossad və MKİ-nin planları əsasında fəaliyyət göstərdiyi vurğulanmışdı.
 
Sultan Laçın

Загрузка...
Загрузка...