Bərzaninin referendumu üçün kimlər LOBBİÇİLİK EDİB? – BUNA GÖRƏ 25 MİLYON ALIBLAR

 
 
Məsud Bərzani, 25 sentyabrdakı pirat referendumda lobbi fəaliyyəti üçün xeyli pul xərcləməli olub. İstanbulda filial açan Niderland mərkəzli “Free Press Unlimited” (Sərhədsiz Media Azadlığı) adlı təşkilat, 86 müxtəlif dərnək, vəqf və 140 media qurumu vasitəsilə əməkdaşlıq edib. İraqı parçalayacaq kukla dövlət üçün bu fəaliyyətə 25 milyon dollar xərclənib.
 
Məsud Bərzaninin pirat referendumuna lobbiçilik etmək üçün İstanbulda şöbə açaraq prosesi manipulyasiya etmək istəyən Hollandiyanın "Sərhədsiz Media Azadlığı” adlı qurumu, “kukla dövlət” kampaniyasına görə, Bərzanidən 25 milyon dollar alıb.
Hollandiya mərkəzli "Free Press Unlimited (FPU) adlı təşkilat, 25 sentyabr prosesində Türkiyədə 86 fərqli dərnək və vəqflə əməkdaşlıq edib. İstanbulda 3 nəfərlik bir qrupla iyun ayının əvvəlində pirat referendum məsələsində birlik yaratma fəaliyyətinə başlayan FPU, əvvəlcədən təyin olunan şəxslərlə görüşərək layihələr üçün təkliflər toplamışdı. Kampaniya prosesində təsirli olmaq məqsədilə Facebook və Twitterdə qruplar yaratma hazırlıqlarına başlayan Hollandiya mərkəzli qurum, bu yolda İstanbul, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Mardin, Şırnak və Ankarada bir çox şəxslərlə əlaqəyə keçib. Yerlərdəki işçilər və və sosial media mövzusunda FPU-ya ilk dəstək, Osman Kavalaya aid Anadolu Mədəniyyət Mərkəzindən gəlib. Onu da deyək ki, Osman Kavala Türkiyənin “Soros”u adını almış və Türk dövləti əleyhində Qərblə intensiv əməkdaşlıq edən biridir. Məhz bu antiTürkiyə fəaliyyətindən dolayı hazırda həbs olunaraq, istintaqa cəlb olunub.
 
 MÜƏLLİFLƏRİ SATIN ALDILAR
 
 FPU, İstanbul və əyalətlərdə komandasını yaradarkən PKK tərəfdarı və liberal şəxslərə üstünlük verib və bu, Osman Kavalanın tövsiyəsi ilə baş tutub. Aralarında bəzi köşə yazarlarının da yer aldığı kadrlar, iyul ayından sonra kampaniya fəaliyyətlərini sürətləndiriblər. Media manipulyasiyalarına başlayan muzdlu işçilər, mərkəz və əyalət komandaları üçün ayrı-ayrılıqda strategiya müəyyənləşdirilib. Bundan əvvəl, "Türkiyə Bərzanini dəstəkləməlidir" tezisinin işlənməsi tapşırığını verən FPU, Ankaranın referendum əleyhinə ritorikanı sərtləşdirməsindən sonra taktikanı dəyişdirərək bu mesajı təbliğ etməyə keçib: "Türkiyənin reaksiyası taktiki bir gedişdir. Əslində Ərbil ilə Ankara arasında gizli müqavilə var". Yeni təlimatdan sonra FPU ilə əlaqəli olan bütün müəlliflər köşə yazılarında bu tezisə üstünlük verməyə başlayıb.
 
  O KOMANDADAN BİRİNİ TAPDIQ
 
 “Yeni Şəfəq” qəzeti kampaniya prosesində FPU-nun əyalətdə əməkdaşlıq etdiyi bir şəxslə əlaqə yarada bilib. Kimliyinin açıqlanmasını istəməyən mənbə, “Free Unlimited” ilə iyul ayının əvvəlindən etibarən çalışdıqlarını, Hollandiya mərkəzli təşkilatla keçirilən toplantıya İraq, Suriya və Türkiyədən bir çox şəxslərin də qatıldığını bildirib. Bir sıra şəxs və internet saytlarına 1000, ya da 1500 dollar ödəndiyini, bəzi yazıçılara da 70-80 min dollar civarında aylıq müavinətlər təsis edildiyini qeyd edən mənbə, "Proses boyu bəzi mövzu başlıqları ətrafında təbliğat və nəşr etməyimiz bizdən istəndi” deyə, söyləyib.
Mənbənin verdiyi məlumata görə, bu prosesdə 86 qurum və şəxslər iştirak edib. Mənbə, prosesin Suriya və İraqla bağlı hissəsində isə 140-dan çox media qurumunun fəaliyyət göstərdiyini və bunların da eyni mərkəz tərəfindən idarə olunduğunu deyib.
Müxalifət.az

Загрузка...
Загрузка...