Bərzani yalvarmağa başladı: Dayandırın...

Baxış sayı: 
300
0  
0  

 
 
Rəsmi Bağdadın İraq Kürd Muxtariyyətinə uçuşları dayandırmasından sonra separatçı rejimin sözçüsü BMT-yə səslənib.
 
Axar.az xəbər verir ki, İraq Kürd Muxtariyyəti hökumətinin sözçüsü Sefin Diyazi BMT-yə müraciət edərək, uçuş qadağasının ləğv edilməsini istəyib:
 
“Bağdadın uçuş qadağası kürd xalqını və toplumu cəzalandırmaqdır. BMT və İraq tezliklə bu qərarın ləğv edilməsi istiqamətində addımlar atmalıdır. Kürdüstan hökuməti məsələ ilə bağlı xüsusən BMT-yə çağırış edir: bu qadağanı dayandırın”.
 
Qeyd edək ki, Bərzani Türkiyə və İraqın xəbərdarlıqlarına baxmayaraq, sentyabrın 25-də Kürd Muxtariyyətində referendum keçirib. İraq və Türkiyə buna cavab olaraq İraq Kürd Muxtariyyətinə uçuşları dayandırıb.

Загрузка...
Загрузка...