Bərzani küncə sıxışdı! Bağdada və BMT-yə MÜRACİƏT ETDİ

Hurriyyet.org xəbər verir ki, Ərbil və Süleymaniyyədə dünən saat 18.00-dan etibarən bütün uçuşların dayandırılması Kürd Regional İdarəsinə ağır zərbə vurub. Bərzani Bağdad iqtidarı və BMT-yə çağırış edərək uçuş qadağasının dərhal ləğv edilməsini tələb edib.
Bütün dünyaya qarşı gələrək İraqı parçalamaq məqsədi güdən referendum keçirşmiş Bərzani rəhbərliyi Bağdad iqtidarı ilə qonşularından gələn sanksiyalar nəticəsində küncə sıxışıb.
Dünən saat 18-dən etubarən Ərbil və Süleymaniyyədə bütün beynəlxalq uçuşların dayandırılması Məsud Bərzaniyə ağır zərbə vurub.
Bərzaniyə tabe olan “Rudav” informasiya agentliyi Bağdad və BMT-yə müraciət edərək uçuş qadağasının dərhal ləğv edilməsini istədiyini bildirib.
Hurriyyet.org

Загрузка...
Загрузка...