Bərzani istəyinə çatdı: Təbrizli qadın kürdü... – Video

 
PJAK-ın (PKK-nın İran qanadı) Güney Azərbaycanın qərb bölgəsinə olan gülünc ərazi iddiası və son günlərdə İraq Kürd Muxtariyyətində keçirilən “müstəqillik” referendumu Güney Azərbaycan türklərinin hiddətinə səbəb olub.
 
Axar.az xəbər verir ki, referendum Güney Azərbaycanda yerli sakinlərin kürdlərlə məişət əlaqələrinə də təsir edib. Hətta bəziləri kürd səyyar satıcılardan alış-veriş etməkdən belə imtina ediblər. Bununla bağlı sosial şəbəkədə video yayımlanıb. Videoda Təbriz şəhərində səyyar ticarətlə məşğul olan gənc kürd türk qadının israrlı tələbi ilə avtobusdan düşməyə məcbur olur.
 
“Lazım olsa, o malları öz həmşəhərlilərimizdən, təbrizlilərdən alarıq, daha kürddən niyə alırıq, sən get bunları “Kürdüstan”da sat”, - təbrizli qadın deyir.
 
Qadın kürd gənci “sadəcə çörəkpulu qazanır”, - deyə müdafiə edənlərə də cavab verir: “Bunlar çörək qazanmırlar, çörəyə iddia edirlər, Urmiyaya iddia edirlər. Get, bura “Kürdüstan” deyil, Azərbaycandır”.

Загрузка...
Загрузка...