Bərzani: ''Iraq üç yerə bölünməlidir''

İraqdakı Kürdüstan bölgəsi təhlükəsizlik agentliyinin direktoru Məsrur Bərzani İraqın üç hissəyə bölünməli olduğunu söyləyib.
Turaninfo.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Məsrur Bərzani federal Iraq dövlətinin artıq fəaliyyət göstərmədiyni bildirrib.
Bərzani bu səbəbdən İŞİD-dən sonra regionda gedən münaqişənin sonlandrılması üçün İraqın kürdlər, sünnilər və şiələr arasında bölünməsini istəyib.
Kürdüstan bölgəsinin mətbuat orqanı sayılan rudaw.net-in xəbərinə görə, Məsrur Bərzani İraq dövlətinin artıq real olaraq mövcud olmadığını söyləyərək, hər hissənin özünün hökuməti və paytaxtı olacaq konfederativ bir sistemin daha real olduğunu söyləyib.
İraq xalqlarının artıq bir dam altında yaşamasının mümkün olmadığını söyləyən Barzani “onların ancaq yaxşı qonşu ola biləcəklərini” irəli sürüb və “bu halda birlikdə bəzi layihələrin həyata keçirilməsinin mümükün olacağını” bildirib.
İraq təhlükəsizlik agentliyinin rəhbəri İŞİD-in şiələrin günahı ucbatından gücləndiyini deyib. Onun fikrincə, şiələrin sünniləri bir çox məsələdə kənarlaşdırması və onları təcrid vəziyyətində qoyması sünnilər yaşayan bölgəni İŞİD-in qucağına atıb.
Bərzani Mosulun İŞİD-dən azad olunduqdan sonra yaranacaq idarə boşluğunun bir fəlakət olacağını qeyd edib.
Qeyd edək ki, Kürdistan bölgəsi  Bərzani və Tələbani əşirətinin üzvləri tərəfindən  idarə edilir.
Bölgənin lideri Məsud Bərzani idarəçiliyin bütün mühüm postlarına yalnız yaxın qohumlarını gətirib.
Belə ki, Məsud Bərzaninin qardaşı oğlu Neçirvan Bərzani Kürdüstan bölgəsinin baş naziridir, baş nazirin müavini isə Qubad Tələbani İraqın keçmiş prezidenti Cəlal Tələbaninin oğludur.