Bərzani atasının taleyini yaşadı, kürdlər parçalandı – 48 saata ordu PAYTAXDA GİRƏCƏK

İraq ordusu Şimali İraq Kürd Muxtariyyətinin işğal etdiyi ərazilərin böyük qismini geri alıb.
 
Publika.az xəbər verir ki, hazırda mərkəzi Bağdad hökumətinə bağlı qüvvələr Mosulun geri alınması əməliyyatını həyata keçirir.
 
Ümumi əməliyyatın isə uğurla başa çatdığı deyilir. Lakin əməliyyatın bununla yekunlaşmayacağı, kürd muxtariyyətinin paytaxtı olan Ərbilin də ələ keçirilməsi planının olması haqda məlumatlar var.
 
Kürdlər iki hissəyə bölündü
 
Bölgədə baş verənlər kürdlərin iki hissəyə bölünməsi ilə nəticələndi. Belə ki, İran ordusunun generalı Qasım Süleymani Tələbani ailəsi ilə gizli razılaşma əldə edərək, onlara bağlı peşmərgələrin geri çəkilməsinə nail oldu. Gizli razılaşmaya əsasən kürdlər Ərbil və Süleymani olmaqla iki hissəyə bölündü.
 
Strateji bölgələri itirən Məsud Bərzani hazırda Ərbili və Süleymaniyəni qoruya bilmək üçün hər şey edir. Halbuki, 2014-cü ildən etibarən o, mərkəzi Bağdad hökumətinə bağlı Kərkük, Sincar, Mahmur, Celavla və Haneke olmaqla 30 min kilometr ərazini işğal etmişdi. Son əməliyyatda isə Bərzani 48 saat içində geri çəkilməyə məcbur oldu.
 
Növbəti hədəf Ərbildir
 
Məlumata görə, Qasım Süleymani, Haşdi Şabinin İraqdakı qüvvələrinin komandiri Hadi Əl Amiri və Cəlal Tələbaninin oğlu Batif Tələbani İraq parlamentində mərkəzi Bağdad hökumətinin rəsmiləri ilə gizli toplantı keçirib. Razılaşmaya görə, Məsud Bərzani 48 saat içində vəzifəsindən uzaqlaşdırılır, onun yerinə kürd muxtariyyətinin keçmiş baş naziri Bəhram Salihi gətirilir. Bərzani istefa verməkdən imtina edərsə, İraq ordusu və Haşdi Şabi qüvvələri Ərbilə girəcək.
 
Bərzaniyə bağlı “Bas News”un məlumatına görə, Tələbani ailəsinin əsas qərargahı hesab olunan Süleymani də İraqın nəzarətinə veriləcək.
 
Atasının taleyini yaşayan Bərzani
 
Məsud Bərzaninin atası Molla Mustafa Bərzani 1960-cı illərdə SSRİ ilə əlaqələr qurdu. Lakin sonrada Moskva Suriya və Misirlə işləməyin daha qazanclı olduğunu düşünərək, Mustafa Bərzaninin arxasından çəkildi. Mustafa Bərzani 1970-ci illərin ortalarında CİA və MOSSAD-la işləməyə başladı. Lakin sonda Qərb qüvvələri də onu satdı.
 
Bu gün Qərbə bel bağlayaraq, “müstəqillik referendumu” keçirən Məsud Bərzaninin də atasının taleyini yaşadığı görünür. Qərb onu satdı və cəmi 48 saat içində məğlub duruma düşdü.
 
Bərzani “vurulacaq”
 
Ərbildəki mənbələr “Yeni Şəfəq” qəzetinə bildiriblər ki, Bərzani bu məğlubiyyətdən sonra daha da təkləşəcək və “vurulacaq”.
 
“Bölgə əhalisinin böyük hissəsi “feodal quruluş”dan narazıdır. Bərzani “Böyük Kürdüstan” şüarı ilə insanları ayağa qaldırmışdı, lakin bu şüar heç nəyə yaramadı. Bərzaninin getməsi artıq qaçılmazdır. Ankara və Tehran da bundan sonra Ərbili rahat buraxmayacaq”, - deyə mənbələr vurğulayıb.
Asif Nərimanlı

Загрузка...
Загрузка...