Brüsseldə iki partlayış baş verdi

Brüselldə silsilə partlayışlar qeydə alınıb.
Brüssel hava limanında baş verən insident zamanı yaralanan qadın və uşaq                       
Hadisələr
12:43 / Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
12:31 / Brüssel metropoliteninin Malbek stansiyasında partlayış
12:17 / Hadisə yerində xilasedicilər işləyir
12:00 / Partlayış nəticəsində azı 11 nəfər həlak olub
11:25 / Brüssel hava limanında ard-arda 2 partlayış baş verdi
12:43 / Partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Belçika krallığındakı səfirliyinə Brüssel hava limanında iki partlayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırmağı tapşırıb.
Bunu ANS PRESS-ə açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev - XİN mətbuat xidmətinin rəhbəri
12:31 / Brüssel metropoliteninin Malbek stansiyasında partlayış
Brüsseldə daha bir partlayış şəhər metropoliteninin Malbek stansiyasında qeydə alınıb. ANS PRESS-in məlumatında görə, bu haqda Belçika KIV-ri yazır. Məlumata görə metroda baş verən partlayışda bir nəfər yaralanıb.

Malbek metrostansiyasında partlayış
Daha əvvəl Brüssel hava limanında baş verən iki partlayış nəticəsində partlayış nəticəsində 11 nəfər ölüb, 20 nəfər yaralanıb.
12:17 / Hadisə yerində xilasedicilər işləyir
Zaventem hava limanında baş verən partlayışdan dərhal sonra insanlar hadisə yerindən təxliyyə olunublar.
ANS PRESS-in məlumatına görə, hava limanının sozcüsü Anke Fransen hadisə yerində xilaedicilərin işlədiyini bildirib. Ən son məlumata görə partlayış "American Airlines" şirkətinin gediş zonasında yerləşən tablosunun qarşısında baş verib.
Brüssel hava limanında baş verən insident zamanı yaralanan qadın və uşaqBrüssel hava limanında baş verən insident zamanı yaralanan qadın
12:00 / Partlayış nəticəsində azı 11 nəfər həlak olub
Brüsselin Zaventem hava limanında qeydə alınan partlayışların terror aktı olduğu ehtimal edilir. Hər iki partlayış hava limanının u
Turaninfo.az-ın ANSPRESS-ə istinadən verdiyi  məlumata görə, Belçika KİV-ri baş verən partlayışlar nəticəsində azı 11 nəfərin həlak olduğunu yazırlar. Sosial şəbəkələrdə partlayış anını əks etdirən görüntülər yayılıb.
11:25 / Brüssel hava limanında ard-arda 2 partlayış baş verdi
Belçikanın paytaxtı Brüsseldə bir-birinin ardınca iki partlayış baş verib. BBC telekanalının məlumatına görə, Brüsselin Zaventem beynəlxalq hava limanında iki partlayış səsi eşidilib.
Partlayış nəticəsində uçuş zalında olan bir neçə nəfərin yaralandığı bildirilir. Partlayışlardan sonra hava limanı ilə dəmir yolunun əlaqəsi kəsilib.
Partlayışın səbəbləri hələlik məlum deyil..