“Brüssel terroru Obamanı xarici siyasəti dəyişməyə vadar edə bilər” - The Washington Post

Brüsseldə martın 22-də törədilmiş terror aktları ABŞ prezidenti Barak Obamanın İŞİD terror qruplaşmasının darmadağın edilməsi kursuna əminliyini sarsıdır və onun xarici siyasətinin dəyişməsinə gətirə bilər.
Turaninfo.az-ın məlumatına görə, bu barədə “The Washington Post” nəşri yazıb.  
Nəşr xatırladır ki, Obama dəfələrlə bəyan edib ki, onun terrorçuları məhv eləməklə bağlı strategiyası yavaş da olsa, işləyir. “Onun dilindən silahlıların zəbt elədiyi ərazilərdən İraqda 40, Suriyada isə 20%-inin azad edilməsi bəyanatları çıxıb. Ağ Ev bəyan edirdi ki, 10 minə yaxın terrorçunu məhv eləməyə müvəffəq olunub. Ancaq döyüş meydanından olan statistika son vaxtlar artan terror aktları və qorxu atmosferi fonunda az şey deyir və bir elə inandırıcı səslənmir” – qeyd edib “The Washington Post”.
“Pentaqonun planları İŞİD-lə mübarizənin güclənməsi üçün Amerika hərbi qüvvələrinin sayının artırılmasını və onların cəbhə xəttinin yaxınlığına göndərilməsini nəzərdə tuturdu. Ancaq ABŞ lideri hesab edirdi ki, bu tədbirlər kontur-produktivdir. Təklif edilən addımlar əvəzinə Obama qərara almışdı ki, müttəfiqlərə kəşfiyyat məlumatlarının toplanmaısnda kömək eləsin” – vurğulayıb nəşr.